Manat bahalaşdı - GÜNÜN MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 14-ü ilə müqayisədə dəyişməyərək 1,6954 manat təşkil edib.

 

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8220 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1162 manatdır. Beləliklə, funt sterlinq də azalma nümayiş etdirib.

 

Rusiya rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də ucuzlaşıb. Hazırda 1000 rubl 25 manat 70 qəpik, 100 lirə 51 manat 62 qəpik, 100 lari isə 67 manat 99 qəpikdir.


Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR