Neft "çəlləyin dibini" gördü və sürətlə bahalaşmağa başladı

Uzun müddətdən sonra ilk dəfə 44 dollardan ucuz satılan "Brent" nefti birjaların ABŞ və Asiya seanslarında özünü toplaya bilib. Səhər seanslarına kimi neftin qiyməti 1,5 dollar bahalaşaraq 45,27 dollara çatıb. Bu sıçrayış neftin qiymətinə korreksiyalar edilməsi ilə əsaslandırılır.

 

Qərbi Texas neftinin qiyməti də 42,25 dollara endikdən sonra bahalaşmağa başlayıb. Hazırda hərraclarda WTİ neftinin bir bareli 44,24 dollardan təklif olunur. Bu, gecə seanslarındakı minimum qiymətdən 2 dollar, dünənki sutkalıq orta qiymətdən isə 90 sent bahadır.

 

Neftin bahalaşmaqda davam edəcəyi, yaxud yenidən ucuzlaşma trendinə girəcəyi ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatın açıqlanmasından sonra məlum olacaq. Qeyri-rəsmi hesabat bu gün açıqlanacaq.

 

Xatırladaq ki, ABŞ-ın hasil olunmuş neft ehtiyatlarının həcmi iki həftədir ki, artır. Ehtiyatların artması neftin qiymətinə neqativ təsir göstərir.  

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR