Rusiyanın iqtisadi inkişaf naziri rüşvət alarkən tutuldu

Rusiya İstintaq Komitəsi ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı cinayət işi açıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, nazir artıq saxlanılıb, onun barəsində həbs-qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

 

İstintaq Komitəsinin məlumatına görə, A.Ulyukayev “Rosneft” şirkətinə “Başneft”in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, nazir rüşvət alan zaman saxlanılıb. Hazırda faktla bağlı istintaq-əməliyyat tədbiri həyata keçirilir.

 

60 yaşlı Aleksey Ulyukayev 2000-2004-cü illərdə maliyyə nazirinin birinci müavini, 2004-2013-cü illərdə Rusiya Mərkəzi Bankı sədrinin birinci müavini olub. 2013-cü il iyunun 24-dən iqtisadi inkişaf naziri vəzifəsində çalışır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR