"Bloomberg": "Qarabağda daha ağır döyüşlər başlaya bilər"
“Texniki cəhətdən həm Azərbaycan, həm də Ermənistan müharibəyə hazırdır”. APA TV-nin məlumatına görə, bu barədə "Bloomberg" yazıb.
Qeyd olunur ki, Qarabağda döyüşlər başlayarsa, Rusiyaya aid “İsgəndər” İsrail istehsalı olan taktiki dronlarla qarşı-qarşıya gələcək: “Həm Azərbaycan, həm də Ermənistan apreldəki hərbi əməliyyatlardan sonra özünün hərbi gücünü artırıb. Azərbaycan İsraildən aldığı dronları sınaqdan keçirir və Pakistandan yüksək texnologiyalı silah əldə etməyə çalışır, Ermənistan isə Rusiyadan “İsgəndər” ballistik raketlərini əldə edib” - deyə, məqalədə bildirilir. Rəyi soruşulan ekspertlərin fikrincə, bu cür silah yarışı Dağlıq Qarabağda hərbi əməliyyatların daha kəskin şəkildə başlana biləcəyinə işarədir.
“Bloomberg” həmçinin ABŞ-da Donald Trampın prezident seçilməsi ilə bağlı olaraq Dağlıq Qarabağ problemi üzrə danışıqlar prosesində ABŞ və Rusiya arasında qeyri-müəyyənliyin hökm sürməsini də Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirən addım olaraq dəyərləndirib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər