İrəvan sakinləri orduya pul verməkdən imtina etdi: "Hakimiyyət ödəsin!"

Ermənistanda “Ordu üçün 1000 dram” layihəsi haqqında hökumətin bu gün keçirilən iclasında “Həlak olan və əlil hərbçilərin ailələrinə sosial dəstək göstərilməsi haqqında” qanun layihəsi qəbul edilib.

 

APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, həmin qanuna əsasən, Ermənistanın əmək fəaliyyəti ilə məşğul olan vətəndaşları hər ay hərbi qulluqçulara dəstək fonduna 1000 dram məbləğində yardım etməlidir.

Paytaxt İrəvanın mərkəzində bununla bağlı sorğu keçilib. Sakinlər qərarı alqışlasa da, həmin məbləğin taleyindən narahatlıqlarını da gizlətməyiblər:

“Əgər söhbət həqiqətən də ordudan gedirsə, mən ideyanı dəstəkləyirəm. Lakin, bir məsələ var. Əgər 80 min dram məvacib alan da 1000 dram ödəməlidirsə, 1 və ya 5 milyon dram gəliri olan da 1000 dram ödəyəcəkmi?”, - deyə onlardan biri bildirib.

Digər respondentlər isə ümumiyyətlə məsələdən narazıdırlar: “Hakimiyyət milyonlar qazanır. Qoy, bu pulların da hamısını elə onlar ödəsin”.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR