Polşada erməni hərbçilərinin ərzaq payı necə satılır? - NAZİR CAVAB VERMƏDİ
Ermənistanın müdafiə naziri Vigen Sarkisyan 2016-cı ilin mayında Polşadakı mağazalardan birində ölkənin Müdafiə Nazirliyinə aid ərzaq payının necə satışa çıxarılmasından xəbərsizdir.
APA TV-nin Ermənistan mətbuatına istinadən məlumatına görə, noyabrın 14-də erməni nazirin parlamentdəki çıxışı zamanı “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan ondan bu məsələ ilə bağlı hesabat tələb edib.
Nazirin buna cavabı isə qəribəliyi ilə seçilib: “Mən bu mağazanın hərbi sursatlardan ibarət kolleksiya nümunələri və müxtəlif ordulara aid silah-sursat satdığını eşitmişəm. Belə bir mağazaya kimsə özünə aid ərzaq payından bir-iki nümunə göndərib. Mən çərşənbə gününə qədər məsələni araşdırıb, sizə məlumat verəcəyəm”.
Qeyd edək ki, əsgərlərə aid, üzərində erməni dilində yazıların olduğu ərzaq payının Polşa mağazalarında satıldığını əks etdirən fotolar hələ may ayında sosial şəbəkələrdə yayılıb. Bundan bir gün sonra Ermənistanın Baş Prokurorluğu faktla bağlı cinayət işi qaldırıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər