Neftin qiyməti 44 dollardan aşağı endi

“Brent” markalı neftin bir barrel üçün qiyməti avqust ayından sonra ilk dəfə olaraq 44 dollardan da aşağı enib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu, İranda neft istehsalının artması və ABŞ-dakı neft buruqlarının sayının açıqlanmasının fonunda baş verib.

Yanvar ayı ilə müqayisədə “Brent” markalı neftin ixracı üzrə bağlanan fyüçerslərin dəyəri 1 barel üçün 44 dollar təşkil edir. Ticarət gününün sonuna olan məlumata əsasən, “Brent” 43,95 dollar civarında tərəddüd edir ki, bu da ötən gün ilə müqayisədə 1,79 faiz aşağıdır.

Birjada bugünkü ticarətin gedişi zamanı “Brent” markasından olan “qara qızılın” 1 bareli maksimum səviyyə üzrə 44,98, minimun göstəricidə isə 43,94 dollar təşkil edib. Sonuncu dəfə isə avqust ayının 11-də “Brent” markasından olan neftin 1 barelinin qiyməti 44 dollardan aşağı olub. Həmin vaxt bu qiymət 43,46 sent dəyərində müəyyən edilib.

Beynəlxalq Enerji Agentliyindən neftin qiymətində son üç həftə boyunca müşahidə olunan azalmanı OPEK-in noyabrın 30-da Vyanada keçiriləcək növbəti görüş zamanı hasilatın məhdudlaşdırılması istiqamətində razılıq əldə edə biləcəyinə skeptik yanaşmanın mövcudluğu ilə əsaslandırırlar. Bundan öncə isə quruma üzv ölkələr 28 sentyabrda hasilatın o zaman mövcud sutkalıq 33,64 milyon bareldən 32,5-33 milyon barel səviyyəsinədək azaldılmasını razılaşdırıb. Lakin ölkələr arasındakı bu razılığın dəqiq parametrləri hələ də hazırlanmayıb. Ekspertlər İranın şərq yataqlarında neft hasilatını sutkada 250 min barelə çatdıracağı ilə bağlı açıqlamaları hasilatın getdikcə artdığını göstərən sonuncu işarə kimi dəyərləndirir. Bu kontekstdə OPEK-in hasilatı azaltmaq yolunda sərgilədiyi təcrübəsizlik isə ötən aydakı qiymət artımını tamamilə məhv edib. ABŞ-da arxada qoyduğumuz prezident seçkilərinin qalibi Donald Trampın hələ namizəd olacağı açıqlandığı zaman da “Brent” markalı “qara qızılın” qiyməti eynilə hazırkı göstəricilərədək azalmışdı. Noyabrın 9-da bağlanan fyüçerslərdə bu markadan olan neftin 1 barel üçün dəyəri 44,4 dollar təşkil etmişdi ki, bu da ümumi göstəricidən 3,5 faiz aşağıdır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR