Astarada 4 yaşlı uşaq 3 yaşlı qardaşını güllələdi
Astarada güllələnmə hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Siyəkü kəndində qeydə alınıb.
Kənd sakinləri olan 4 və 3 yaşlı qardaşlar evdə olan pnevmatik tir tüfəngi ilə oynayarkən qəfildən atəş açılıb. Açılan atəş nəticəsində tüfəngdən çıxan güllə 3 yaşlı Güloğlan Vidadi oğlu Zahirzadənin qarın nahiyəsinə dəyib.
Yaralı dərhal Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı güllənin daxilə nüfuz etdiyi aşkarlanıb. Azyaşlının vəziyyəti ağırlaşdığından, onu Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdıraraq orada əməliyyat ediblər.
Əməliyyat zamanı məlum olub ki, uşağın nazik bağırsağı bir neçə yerdən xəsarət alıb.
Hazırda Güloğlan Zahirzadənin müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Həkimlər uşağın həyatı üçün təhlükənin artıq sovuşduğunu, lakin ona nəzarətin davam etdirildiyini deyiblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər