Ağstafada dəhşətli qəza: 6 yaralı

Bakı-Qazax magistral yolunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 463-cü kilometrliyində, Ağstafa şəhəri ərazisində qeydə alınıb.

 

Ağstafa rayon sakini, 1975-ci il təvəllüdlü Vaqif Ələkbərovun idarə etdiyi “Opel” markalı avtomobillə Qazax  rayonunun Çaylı kənd sakini, 1964-cü il təvəllüdlü İman Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı maşın toqquşub. Qəza zamanı hər iki avtomobilin sürücüsü və sərnişinlər -  Qazax rayonunun Ağköynək kənd sakini, 1950-ci il təvəllüdlü Rahilə Poladova, Çaylı kənd sakini, 1949-cu il təvəllüdlü Ceyran Poladova, Ağstafa şəhər sakinləri - 1979-cu il təvəllüdlü Aybəniz İsrafilova və 1952-ci il təvəllüdlü Hürü Bayramova müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanaya  yerləşdiriliblər. Onlardan iki nəfərin vəziyyəti orta-ağır, digərlərininki isə normal qiymətləndirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR