Mingəçevirdə çörəyin qiyməti 25 qəpiyə düşdü
Bir neçə aydır ki, paytaxtda, eləcə də digər şəhər və rayonlarda fəaliyyət göstərən mağazalar çörəyin qiymətini süni şəkildə qaldıraraq 40 qəpiyə çatdırıblar. Təndir çörəyi isə vətəndaşlara 50 qəpiyə satılır.
APA TV-nin yerli bürosunun xəbərinə görə, çörəyin 40 və 50 qəpiyə satışı Mingəçevir şəhərində də mövcud olub, lakin artıq bu süni qiymət artımının qarşısı alınıb.
Mağaza sahibləri çörəyin bahalaşmasına çörəkbişirmə sexlərinin səbəb olduğunu desələr də, bu, həqiqəti əks etdirmir. Çünki Mingəçevir şəhərində fəaliyyət göstərən çörəkbişirmə müəssisələri çörəyin qiymətinin süni şəkildə bahalaşmasına qarşı özləri mübarizə aparırlar. Onlar qiyməti qaldıran mağazalara çörək vermirlər. Çörəkbişirmə sexləri arasında keyfiyyətli və ucuz qiymətə çörək satışı ilə bağlı rəqabət olduğu üçün onlar mağazalara verdikləri çörəyin ucuz və tez satılmasına maraq göstərirlər. Müəssisə rəhbərləri tez-tez mağazalara gedərək, satış üçün verdiyi çörəyin orada süni şəkildə baha satılıb-satılmadığını araşdırır. Mağazalar bir çörəyi müəssisədən 25 qəpiyə alırsa onu 5 qəpik baha sata bilər.
Hazırda ətraf rayonlardan fərqli olaraq, Mingəçevir şəhərində çəkisi 500 qram olan yerli müəssisələrin çörəyi 25-30 qəpiyə, Bakı və Sumqayıtdan gətirilən çörək, eləcə də təndir çörəyi 40 qəpiyə satılır. Satıcılar və alıcılar deyir ki, bir həftə öncə mağazalarda yerli çörək 40 qəpiyə satılırdı, hazırda isə 25-30 qəpiyə satılır.
Çörəkbişirmə sexindən bildiriblər ki, mağazalara çörək həmişə olduğu kimi, indi də 25 qəpiyə verilir, amma bəzi mağazalar daha çox qazanmaq üçün çörəyi 40 qəpiyə satırdı. Bu da insanların narazılığına səbəb olurdu. Artıq şəhərdə süni şəkildə qiymət artımının qarşısı alınıb. Bir həftə əvvəl 40 qəpiyə çörək alan şəhər sakinləri indi həmin çörəyi bəzi yerlərdən 25 qəpiyə, bəzi mağazalardan isə 30 qəpiyə aldıqları üçün çox sevindiklərini deyirlər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər