Ukrayna parlamentində deputatlar arasında dava - HADİSƏ ANI
Ukrayna Ali Radasının bugünkü iclasında "Müxalifət bloku" və Radikal Partiyanın üzvləri Yuri Boyko və Oleq Lyaşko arasında əlbəyaxa dava düşüb.
APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, hər şey O.Lyaşkonun həmkarını Kremlin agenti adlandırmasından və onun rəsmi Moskvadan təlimat almaq üçün bir neçə dəfə Rusiyaya səfər etdiyini deməsindən sonra başlayıb.
Tərəfləri sakitləşdirdikdən sonra Oleq Lyaşko çıxışına davam edib və Y.Boykonun ünvanına yenidən ittihamlar səsləndirib. Bu isə qarşı tərəfin narazılığına səbəb olub və yumruq davası yenidən başlayıb: "Heç nə baş verməyib. Sadəcə olaraq, hər dəfə ünvanıma səslənən təhqirləri qəbul etməyib, tədbirlər görəcəyəm".
İclasdan sonra keçirilən brifinq zamanı Yuri Boyko baş verənlərə görə O.Lyaşkodan başqa hamıdan üzr istəyib.
Qeyd edək ki, Ali Radanın sədri Andrey Porubiy Reqlament Komitəsinə baş verənlərin araşdırılması ilə bağlı göstəriş verib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər