İsmayıllıda 23 yaşlı qız 62 yaşlı anasını çaya atdı
İsmayıllı rayonunda ana və qızı arasında baş verən dava qanlı sonluqla nəticələnib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qalacıq kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Gülzadə Callad qızı Həmzəyeva ailə münaqişəsi zəminində 1954-cü il təvəllüdlü anası Şükufə Polad qızı Həmzəyevanı döyərək ona bədən xəsarətləri yetirib. Ana qızın əlindən çıxaraq küçəyə qaçıb və qonşulardan kömək istəyərkən Gülzadə Həmzəyeva onun arxasınca küçəyə çıxıb və anasını yenidən döyərək onu evin yanından keçən Qalacıq çayına atıb. Anasını itələyərək çaya aşıran qız onu köməksiz vəziyyətdə qoyaraq evə qayıdıb.
Təxminən 5-6 metr hündürlükdən daşlı və kol-koslu çay yatağına yıxılan 62 yaşlı qadını ölümdən qonşular xilas edib. Baş və bədəninin müxtəlif nahiyələrindən əzik, çapıq və sınıq xəsarətləri alan Şükufə Həmzəyeva təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qalacıq bələdiyyəsindən verilən məlumata görə, 23 yaşlı Gülzadə Həmzəyeva ruhi xəstədir, dayısının köməyi ilə Bakıda müalicə olunsa da, faydası olmayıb və birgə yaşadığı anası ilə uzun müddətdir yola getmir, tez-tez onunla dava edərək onu döyür. Onların ayrı yaşaması üçün kənd rəhbərliyi tərəfindən evin həyətinə vaqon da qoyulub, lakin qız anasını bir neçə dəfə öldürməyə cəhd edib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər