DSX-nin hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib

Dövlət Sərhəd Xidmətinin Göytəpə şəhərində və Xızı rayonu ərazisində yerləşən hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

 

DSX mətbuat mərkəzindən APA TV-yə verilən xəbərə görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunla­rı­nın Ko­man­danı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.

 

Konstitusiya gününə təsadüf edən mərasimlərdə Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə demokratik prinsiplər əsasında hazırlanmış konsti­tu­si­ya­nın qəbul edilməsinin dövlət­çilik tariximizdə yeni mərhələnin başlanğıcı olduğu, əsas qanunumuzun yaratdığı geniş imkanlardan bəhrələnən xalqımızın Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi qələbələrə imza atması, respublikamızın sürətli inkişafa nail olması qürur hissi ilə qeyd edilib.

 

Dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı əsas niyyətlər kimi bəyan edən Konstitusi­yamızın ölkəmizin hərbi qüdrətinin artırılmasına, ordu quruculuğu sahəsində böyük uğurların qazanılmasına, o cümlədən sərhəd müha­fizəsinin müasir tələblər səviyyəsinə qaldırılmasına əlverişli zəmin yaratdığı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət sərhədlərimizin toxunulmazlığının təmin edilməsi istiqamətində davamlı dinamik inkişafa nail olunduğu xüsusi vurğulanıb.

 

Çıxışlarda Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliy­yətini öz üzərlərinə götürən gənc əsgərlərin hərbi anda daim sadiq qalacaqlarına və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik ifadə edilib.

 

Tədbirlərdə iştirak edən valideynlər hərbi hissələrdə yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək onlara Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tapşırıblar.

 

Tədbirlər gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR