Zaqatalada rus maşını aşdı: 2 yaralı

Zaqatalada Rusiya dövlət qeydiyyat nömrə nişanlı avtomobil aşıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, noyabrın 13-də saat 23:30 radələrində baş verib.

 

Rayonun Höytala kənd sakini Ramazan Abdulla oğlu Kahayev idarə etdiyi “VAZ-2109” markalı Rusiya dövlət qeydiyyat nömrə nişanlı avtomobillə  Danaçı kəndində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşın yolun kənarına aşıb.

 

Qəza nəticəsində sürücü xəsarət almasa da, avtomobildə olan sərnişinlər - Höytala kənd sakini, 1982-ci il təvəllüdlü Rafael Məmməd oğlu Kahayev və Danaçı kənd sakini, 1982-ci il təvəllüdlü Şahin İslam oğlu Siracov müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparılıblar.

 

Xəstəxanadan bildirilib ki, Şahin Siracovun vəziyyəti qismən ağır olduğundan, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Rafael Kahayevin xəsarətləri yüngül olduğu üçün ona lazımı tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

 

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov

OXŞAR XƏBƏRLƏR