Kərbəlada terror: sonuncu kamikadze özünü partlatdı

Terrorçu-kamikadze İraqın şiə şəhəri olan Kərbəlada partlayış törədib. APA TV-nin məlumatına görə, İraq Daxili İşlər Nazirliyi partlayışın müsəlmanlar dini mərasimi qeyd edən zamanı baş verdiyini açıqlayıb.

 

Təhlükəsizlik qüvvələri terror aktı törətmək istəyən 5 nəfəri zərərsizləşdirdikdən sonra kamikadzeni mühasirəyə alıblar. Bu zaman o, özünü partladıb. Terrorçu kamikadzenin özünü partlatması nəticəsində 6 nəfər ölüb, 6 nəfər isə yaralanıb. İŞİD terror qruplaşması partlayışa görə məsuliyyəti üz üzərinə götürüb. Verilən məlumata görə, terrorçular İraq təhlükəsizlik qüvvələrini hədəf alıblar. 

 

Hadisə İmam Hüseynin qətlinin 40 mərasimi qeyd edilən zaman baş verib.

 

Qeyd edək ki, bundan əvvəl İŞİD qruplaşması Kərbəlada dini mərasim zamanı terror aktı törətmişdi.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR