Ağstafada idarə sürücüsü qətlə yetirildi

Ağstafada qətl hadisəsi törədilib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, ötən gecə Bakı şəhərində qeydiyyatda olan, lakin Ağstafa şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Tural Vaqif oğlu Hacıyev ölmüş vəziyyətdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 

Müayinə zamanı onun baş nahiyəsindən küt alətlə vurularaq qətlə yetirildiyi məlum olub. Məlumata görə, T.Hacıyevi xəstəxanaya rayon sakini, 1985-ci il təvəllüdlü Samir Əliuyev adlı şəxs gətirib və onun avtomobil qəzasında xəsarət aldığını deyib.

 

Qeyd edək ki, qətlə yetirilən Tural Hacıyev Ağstafa Qaz İstismarı Sahəsində sürücü işləyir.

 

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR