Rusiya və Ermənistan birgə qoşun qüvvələri yaradır - PUTİN TƏSDİQLƏDİ
Rusiya prezidenti Valdimir Putin Rusiya və Ermənistanın birgə qoşun qüvvələrinin yaradılması ilə bağlı Ermənistanla əldə edilən sazişin təsdiqlənməsinə dair sərəncam imzalayıb.
APA TV-nin məlumatına görə, sənəd bu gün rəsmi hüquq-informasiya internet portalında dərc olunub.
Bununla bağlı Rusiya Müdafiə Nazirliyinə və Xarici İşlər Nazirliyinə erməni həmkarları ilə danışıqlar aparmaq tapşırılıb. Müqavilə ilkin mərhələdə 5 il müddətinə imzalanır və tərəflərin razılığı ilə uzadıla bilər.
Sazişə əsasən, Rusiya və Ermənistan Qafqaz regionunda kollektiv təhlükəsizlik üçün birgə qoşun qüvvələri yaradır. Müqavilə Rusiya və Ermənistanın quru sərhədlərinin KTMT-nin birgə vasitələri və qüvvələri ilə qorunmasını nəzərdə tutur.
Vahid ordu bölmələrinin rəhbəri Ermənistan və Rusiya prezidentləri tərəfindən təyin ediləcək. Dinc şəraitdə bu bölmələr Ermənistan Baş Qərargahına tabe olacaq. Müharibə vəziyyəti yaranacağı halda, qruplaşmalar avtomatik Rusiya Müdafiə Nazirliyi Cənub Hərbi Dairəsinin tabeliyinə keçəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər