Bu gün Ay son 68 ildə Yerə ən yaxın məsafədə olacaq
Bu gün təbiət hadisələrindən biri olan Ayın Yerə yaxınlaşması - “Super Ay” müşahidə olunacaq.
Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, bu gün Ay Yerə ən yaxın məsafədə olacaq.
Ayla Yer arasındakı məsafənin 356 512 km olacağını deyən X.Mikayılovun sözlərinə görə, buna oxşar yaxın məsafə 1948-ci ildə qeydə alınıb: “O zaman Ayla Yer arasında 356 465 km məsafə olub. Ona görə də bu hadisə son 68 ilin ən böyük yaxınlaşması hesab olunur. Bu gün Ay həmişə olduğundan təxminən 14 faiz daha böyük görünəcək. “Super Ay” bu gün saat 15:24-də Yerə ən yaxın məsafədə olacaq. Amma onu həmin saatda yox, axşam gün batana yaxın, gün batanda görmək mümkün olacaq. O vaxtdan təxminən 3 saat sonra biz artıq rahat şəkildə adi gözlə “Super Ay”ı görə biləcəyik”.
Bu prosesin Yer atmosferinə təsirinə gəlincə, X.Mikayolov qeyd edib ki, hadisə yalnız müəyyən qədər qabarmalara təsir göstərə bilər. Onun sözlərinə görə, “Super Ay”ın insanların sağlamlığına heç bir təhlükəsi yoxdur, zəlzələnin olmasına, hansısa seysmoloji aktivliyin artmasına səbəb ola bilməz.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər