Tramp 400 min dollarlıq prezident maaşından imtina etdi
Donald Tramp 400 min dollar məbləğində illik prezident maaşından imtina edib. APA TV-nin məlumatına görə, yeni seçilmiş prezident CBS telekanalına müsahibəsində deyib ki, qanunla il ərzində 1 dollardan az olmayacaq miqdarda maaş almalıdır. O elə 1 dollar maaş almağa hazırlaşır.
Seçkiqabağı kampaniya dövründə Hillari Klintonu dövlət əhəmiyyətli məktubu şəxsi poçt vasitəsilə göndərdiyinə görə cinayət məsuliyyətinə cəlb edəcəyinə söz verən prezident indi fikrindən daşınıb: “Sabiq dövlət katibi bəzi pis işlər görüb, amma mən onun ailəsini incitmək istəmirəm. Onlar yaxşı adamlardır, onların zərər görməsini arzulamıram. Hillarinin həyat yoldaşı zəng vuraraq uğurlu kampaniya apardığıma görə məni təbrik etdi”.
Rəqiblərini aksiyaları dayandırmağa çağıran Donald Tramp tərəfdarlarını müsəlmanlara və Latın Amerikası kökənli insanlara hücum etməməyə səsləyib: “Əgər lazım gəlsə, kameralar qarşısına çıxıb, bütün bu əməlləri dayandırmağa çağıraram”.
Milyarderin həyat yoldaşı Melaniya Tramp isə ərinə sosial şəbəkələrdə status yazan zaman həddini aşmamağı məsləhət görüb: “Donald hərdən sözümə qulaq asır, hərdən isə yox. O, böyük adamdır və belə hərəkətlərin nə nəticə verəcəyini anlayır. Mən öz fikrimi söyləyirəm, əməl edib-etməmək onun şəxsi işidir”.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər