İŞİD türk ordusuna hücum etdi: yaralılar var

İŞİD terrorçuları Suriyada Türkiyə hərbçilərinə PUA ilə hücum edib. APA TV-nin məlumatına görə, "Fərat qalxanı" əməliyyatının 83-cü günüdə İŞİD-lə aparılan döyüşlər nəticəsində 9 müxalif ölüb, 52 döyüşçü isə yaralanıb.

 

Əl Babın şimalında yerləşən Dana bölgəsində bir zirehli avtomobilin tank əleyhinə raketlə vurulması və PUA ilə hücum nəticəsində 4 türk hərbçisi də yüngül yara alıb.

 

Əməliyyatlar zamanı Azad Suriya Ordusuna məxsus xüsusi təyinatlılar Mare və Əl Bab ətrafında 7 yaşayış məskənində nəzarəti ələ keçirib.

 

Eyni zamanda Tall Jijan bölgəsini ələ keçirməyə çalışan PYD/PKK terrorçularına yönələn tank və top atəşləri nəticəsində 10 terrorçu məhv edilib.

 

Türkiyə Hərbi Hava Qüvvələri də ötən gün bölgədə terror əməliyyatlarına qoşularaq 15 hədəfi vurub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR