Avro və rubl ucuzlaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 11-i ilə müqayisədə artaraq 1,6954 manat təşkil edib.
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası zəifləyərək 1,8307 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1301 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.
Rusiya rublu ucuzlaşıb, Türkiyə lirəsi və Gürcüstan larisi isə bahalaşıb. Hazırda 1000 rubl 25 manat 90 qəpik, 100 lirə 52 manat 03 qəpik, 100 lari isə 68 manat 64 qəpikdir.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər