Neftin qiyməti OPEK hesabatının təsiri ilə “yerində sayır”
Beynəlxalq Enerji Agentliyinin hesabatının ardınca OPEK-in gündəlik hasilatın artmasına dair hesabatının açıqlanması neftin qiymətini təzyiq altında saxlayır.
APA TV-nin xəbərinə görə, OPEK gündəlik neft hasilatının 33,64 milyon barelə çatdığını açıqlayıb. Artım Nigeriya, Liviya və İraqın hesabına baş verib. 2017-ci ildə OPEK neftinə gündəlik tələbat 32,69 milyon barel təşkil edəcək, gündəlik artıq həcm 950 min barel olacaq. Bu isə qiymətlərin ucuzlaşacağı deməkdir.
Qeyd olunan iki hesabat neftin həftəyə yüksəlişlə başlamasına imkan verməyib. Ötən həftənin son seansında 44,56 dollardan satılan “Brent” nefti bu həftənin ilk hərracında cəmi 20 sent bahalaşıb. Qərbi Texas neftinin qiymətində də 20 sent bahalaşma var. WTİ nefti 43,33 dollardan satılır.
Bu həftə neftin qiymətinə təsir edəcək əsas faktor ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabat olacaq. Amerika Neft İnstitutu ilk qeyri-rəsmi hesabatı sabah axşam açıqlayacaq, ABŞ Energetika Nazirliyinin hesabatı isə çərşənbə günü açıqlanacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər