İmişlidə 50 min manatlıq yükü olan maşın yandı

İmişlidə tikinti malları yüklənmiş avtomobil yanıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, yanğın hadisəsi ötən axşam saat 21.00  radələrində  baş verib. İmişli rayonuna  tikinti materialları  satmaq  məqsədi ilə  gələn Oğuz rayon sakini, Rəşad İbrahimova məxsus “Hyundai” markalı  avtomobilin yük yerində qəfildən tüstülənmə baş verib.  Qısa müddətdə alov yük yerini tam əhatə edib.

 

Yanğının söndürülməsinə İmişli rayon yanğından mühafizə xidmətinin texnika  və  canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb.  Yük maşını yanğından xilas edilsə də,  yük yerində olan malların  xeyli hissəsi yanaraq sıradan çıxıb.

 

Sürücünün bildirdiyinə görə, avtomobildə 50 min manatlıq tikinti malları olub. 

 

Rəşad İbrahimov, sürücü: “Bazardan alıram, satıram. Şəxsi maşınımdır. Gəldim İmişliyə, otelə təzə girmişdim. Otelçi ilə söhbət eləyəndə dedi ki, maşından tüstü çıxır. Qaçdıq ki, maşın tüstülənir”.

 

 

Yanğın zamanı avtomobilin sürücüsü tüstüdən zəhərlənib. Hadisə yerinə gələn həkimlər sürücüyə tibbi yardım göstərib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR