Ordumuzun irimiqyaslı təlimlərindən yeni görüntülər
Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin planına əsasən qoşunların, döyüş texnikalarının, döyüş gəmilərinin, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxarılması həyata keçirilib.
Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, "həyəcan" siqnalı ilə qaldırılan qoşunların və komanda idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələrinin ehtiyat aerodromlarına, Hərbi Dəniz Qüvvələrinin gəmi və katerlərinin əməliyyat rayonlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələrinin müvəqqəti atəş və start mövqelərinə çıxarılması və yenidən qruplaşması sona çatdırılıb.
Təlimdə iştirak edən qoşunlar şərti düşmənin ehtimal olunan fəaliyyətlərinin qarşısının alınması məqsədilə, plana uyğun yaradılmış vəziyyətlərdə sərəncamda olan müasir vasitələrdən, idarəetmə sistemlərindən, silah və texnikalardan effektiv istifadə edilməsi üzrə tapşırıqları yerinə yetirirlər.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər