Maşınlarınızdan pərdə və örtükləri sökün, yoxsa... CƏRİMƏ!
Azərbaycanda avtomobillərin pərdə və görünüşü məhdudlaşdıran örtük ilə idarə edilməsinə noyabrın 15-dən etibarən qadağa qoyulacaq. Bu barədə APA TV-yə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
Qurum rəsmisi deyib ki, noyabrın 15-dən sonra hansısa maşında görünüşü məhdudlaşdıran örtük, jalüz, pərdə aşkarlanarsa, ciddi tədbir görüləcək.
"İsti hava şəraitinin keçməsi ilə əlaqədar ölkədə mayın 1-dən noyabrın 15-dək yüngül minik nəqliyyat vasitələrinin şüşələrinə pərdə və jalüzlərin vurulmasına icazə verilirdi. Noyabrın 16-dan etibarən avtomobillərin şüşələrində pərdə, görünüşü məhdudlaşdıran, jalüz və yaxud "ştorka" varsa, sözsüz ki, həmin sürücü yol polisi tərəfindən saxlanılaraq qanunvericiliyin tələbələrinə uyğun məsuliyyətə cəlb olunacaq. Xatırladıram ki, "Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, idarə edilən avtomobillərin şüşələrinə qeyd edilən örtüklərin çəkilməsinə görə, sürücü 150 manat məbləğində cərimə ödəməli olacaq".
Vaqif Əsədov bildirib ki, noyabrın 1-dən avtomobillərin texniki baxışdan keçmə müddəti başa çatıb. Bu günə kimi isə, reydlərdə 150-dən artıq avtomobil aşkar edilib və maşınların sürücüləri məsuliyyətə cəlb edilib.
"Texniki baxışdan vaxtında keçməyən avtomobilin sürücüsü, fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat cərimə olunurlar. Xatırladıram ki, Bakı-Maştağa-Zabrat yolunun 1-ci kilometrliyində yerləşən müayinə mərkəzi fasiləsiz olaraq təqdim edilən nəqliyyat vasitəsinə baxış keçirməyə hazırdır. Sürücü könüllü olaraq vaxt müddəti başa çatsa belə avtomobili texniki baxışdan keçmək üçün diaqnostika mərkəzinə təqdim edirsə, inzibati məsuliyyətə cəlb edilməyəcək".
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər