Mişel Obama ilə Melaniya Tramp Ağ Evdə görüşdülər - GEYİMLƏR DİQQƏT ÇƏKDİ
ABŞ-ın hazırkı prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama ilə yeni seçilmiş dövlət başçısı Donald Trampın xanımı Melaniya Tramp Ağ Evdə görüşüblər.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, görüşün diqqət çəkən məqamlarından biri Mişel Obamanın geyimi olub.
Görüşə ön hissəsi narıncı, özü isə tünd bənövşəyi rəngli geyimdə qatılan M. Obamanın ABŞ-da hüzn rəngi olaraq tanınan bir çalarda paltar seçməsi medianın gözündən yayınmayıb.
Digər tərəfdən tünd bənövşəyi rəngin demokratların rəmzi olan mavi ilə respublikaçılara aid qırmızının qarışığı olması da önəmli detallardan hesab olunur. Bu cür rəng seçimi ilə B. Obamanın xanımının yeni hakimiyyət dövründə birlik və bərabərlik mesajları verdiyi, eləcə də Donald Trampa seçki kampaniyasında irəli sürdüyü "bütün amerikalıların prezidenti olacağam" vədini xatırlatdığı düşünülür.
Melaniya Trampın geyimi isə medianın diqqətini cəlb edə bilməyib. Məşhur dünya brendlərindən olan "Gucci" butikindən geyinən yeni "first lady"nin paltarı sadəliyi və 11 min dollarlıq qiyməti ilə seçilib.
Qeyd edək ki, Ağ Evdən yayılan açıqlamada görüşün yetərincə səmimi şəkildə keçdiyi bildirilib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər