Cəlilabadda qəbiristanlığın hasarını bir gecədə söküb apardılar
Cəlilabad rayonunda qəbiristanlıqda oğurluq olub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən axşam şəhərin Cavadxan küçəsində yerləşən mərkəzi qəbiristanlığında qeydə alınıb.
Naməlum şəxs və ya şəxslər qəbiristanlığın yenicə çəkilmiş hasarın 50 metrlik hissəsini sökərək materialları aparıblar. Hadisə barədə ətraf ərazidə yaşayan sakinlər bu gün səhər saatlarında xəbər tutublar.
Sakinlərin sözlərinə görə, əvvəllər də qəbiristanlığın müəyyən hissəsinə çəkilməsi üçün alınmış dəmir konstruksiyalı 30-dan çox hasar layları naməlum şəxslər tərəfindən avtomobilə yüklənərək oğurlanıb.
Faktla bağlı polisə məlumat verilib. Hadisə törədənlərin tapılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
17:28
916
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
880
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
894
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2053
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2183
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2160