Lənkəranda mikroavtobusla "Tofaş" toqquşdu: 1 ölü, 1 yaralı

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 8:40 radələrində Ələt-Astara magistralının 205-ci kilometrliyində, yolun rayonun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.


Astara rayonunun Ojakəran kənd sakini, 28 yaşlı Xəyyam Zərbi oğlu Nəsirovun idarə etdiyi “Ford” markalı, 50 CG 746 dövlət nömrə nişanlı mikroavtobusla  Lənkəranın Şürük kənd sakini, 35 yaşlı Rövşən Sahib oğlu Əliyevin idarə etdiyi “Tofaş” markalı minik avtomobili toqquşub. Güclü zərbədən “Tofaş”ın sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Minik avtomobilinin digər sərnişini, Astaranın Kijəbə qəsəbə sakini, 18 yaşlı Cəlil Əlövsət oğlu Talıblı isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə “təcili yardım” maşınında Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR