Türkiyə "Fərat qalxanı"nı yenidən başladı: F-16 Suriya səmasında
Türkiyə Suriyada "Fərat qalxanı" əməliyyatına yenidən başlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, "F-16"lar 18 İŞİD mövqeyini bombalayıblar.
Türk Silahlı Qüvvələrindən bildirilib ki, Salva bölgəsində terrorçuların qərargah kimi istifadə etdiyi iki bina və bir əsas mövqe dağıdılıb.
Xatırladaq ki, Suriya hökumətinin və Rusiyanın adı çəkilən ölkədəki hərbi komandanlığının xəbərdarlığından sonra türk qırıcıları iki həftədən artıqdır ki, əməliyyatlara ara vermişdi.

"F-16"lar sonuncu dəfə "Fərat qalxanı"nın 61-ci günündə terrorçuların mövqelərini bombalamışdı. Dünən əməliyyatların 81-ci günündə təyyarələr yenidən havalanıb.
Xatırladaq ki, xəbərdarlığın səbəbi kimi Türkiyənin terror təşkilatı kimi tanıdığı PKK-nın Suriya qanadı olan PYD/YPG mövqelərinin bombalanması və nəticədə 160-dan artıq terrorçunun ölməsi göstərilir.
OXŞAR XƏBƏRLƏR
17:28
917
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
881
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
895
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2053
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2183
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2160