Trampın zəfərinin bazarlara neqativ təsiri qalır, neftin qiyməti minimuma endi
Birjalarda həftənin son hərraclarında neftin qiyməti minimuma enib. Son 24 saatda "Brent" markalı neftin minimum qiyməti 44,35 dollar olub. Bu markadan olan neft son seansda 44,56 dollardan satılıb. Qərbi Texas nefti də həftə sonunu ucuz qiymətlərlə bitirib. Son hərraclarda WTİ neftinin qiyməti yekunda 43,13 dollar olub. Uzun müddətdən sonra bu iki populyar neft markası arasında qiymət fərqi 1,4 dollara enib.
Xammal bazarlarında son durumun təhlili göstərir ki, neftin qiyməti hələ bir müddət Beynəlxalq Enerji Agentliyinin açıqladığı hesabatın təsiri altında qalacaq. Hesabat əsasən, OPEK ayın sonunda razılığa gələ bilməsə, bazarda təklifin tələbi üstələdiyi mövcud vəziyyət 2017-ci ildə də davan edəcək. Bundan başqa bazarlar hələ də Trampın ABŞ prezidenti seçilməsinin neqativ təsirindən qurtara bilməyib.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər