Tramp: "Biz Əsədi devirmək barədə yox, İŞİD-i məhv etmək barədə düşünməliyik"
"Suriya məsələsində Obama administrasiyasının yürütdüyü siyasətdən imtina olunmalıdır". APA TV-nin məlumatına görə, bu fikirləri Donald Tramp prezident seçildikdən sonra verdiyi ilk müsahibədə deyib.
Trampın sözlərinə görə, ABŞ-ın əsas məqsədi Bəşər Əsədi hakimiyyətdən uzaqlaşdırmaq olmamalıdır: "Bizim bir nömrəli vəzifəmiz Əsədi hakimiyyətdən uzaqlaşdırmaq deyil, İŞİD-i məhv etmək olmalıdır. Bu, zəruridir. Biz indi Suriya hökumətinə qarşı döyüşən üsyançıları dəstəkləyirik, amma o adamların kim olduğunu belə bilmirik".
Beynəlxalq əlaqələr barədə danışan yeni prezident deyib ki, dünya liderlərinin əksəriyyəti ilə şəxsən danışıb və onlardan təbrikləri qəbul edib: "Rusiya prezidenti Vladimir Putindən əla bir təbrik məktubu almışam. Tezliklə onunla aramızda telefon danışığı olacaq".
The Wall Street Journal nəşrinə müsahibə verən Donald Tramp yeni vəzifədə ilk iş həftələrində görəcəyi işlərdən də danışıb. Tramp bildirib ki, Barak Obama ilə söhbətdən sonra 30 milyon amerikalıya sığorta imkanı verən "Obamacare" proqramına münasibəti dəyişib. Seçkiqabağı kampaniyası dövründə bu proqramı kəskin tənqid edən və tamamilə ləğv edəcəyini bildirən Tramp indi tam fərqli düşünür: "Obama Ağ Evdə görüşümüz zamanı məndən bəzi xahişlər etdi. Onun xahişini nəzərə alaraq proqramın iki müddəasını saxlamaq qərarına gəlmişəm. Söhbət sığorta şirkətlərinin pasiyentə səhhəti ilə əlaqədar xidmətdən imtinanı qadağan edən müddəadan və valideynlərə öz sığortaları hesabına müəyyən müddət ərzində öz övladlarının səhhətinin qayğısına qalmaq imkanı verən bənddən gedir".
Ölkədə seçkilərdən sonra yaranan gərginliyi necə aradan qaldıracağı barədə suala cavab olaraq Donald Tramp bildirib ki, bunun üçün ABŞ-da yeni iş yerləri yaradılmalıdır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər