Göyçayda iki avtomobil toqquşub, xəsarət alanlar var
Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə görə, hadisə Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.
Göyçayın Yeniarx kənd sakini, 55 yaşlı Zülfüqarov Gülağa Əlsaab oğlunun idarə etdiyi VAZ-2104 markalı minik avtomobili ilə Qarabaqqal kənd sakini, 53 yaşlı Cəbrayılov Vüqar Aslan oğluna məxsus VAZ-2106 markalı minik maşını toqquşub.
Hadisə zamanı hər iki avtomobilin sürücüsü ağır bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:28
916
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
880
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
894
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2053
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2183
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2160