Millimizin seçmə mərhələdəki ilk məğlubiyyəti ağır oldu: 4:0
Futbol üzrə Azərbaycan millisi Dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk məğlubiyyətini alıb. Millimiz mərhələdəki dördüncü oyununda qapısında dörd qol görüb.
İlk üç qarşılaşmada meydanı xalsız tərk etməyən komandamız Şimali İrlandiya ilə Belfastdakı görüşdə büdrəyib. San-Marino və Norveç üzərində minimal hesablı qələbələr, Çexiya ilə qolsuz bərabərlikdən sonra yığmamız tarixinin ən uzun yenilgisizlik seriyasına yaxınlaşsa da, “Vindzor Park”da dayanıb.
Millimizin Şimali İrlandiya ilə oyunu antirkordla əlamətdar olub. Yığmamız baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında ən acınacaqlı məğlubiyyətini alıb.
0:4 hesabı ilə uduzan komandamız xorvatiyalı mütəxəssisə görmədiyi darmadağını yaşadıb. 16-cı dəfə millimizi meydana çıxaran Prosineçki ən pis halda 3 top fərqli yenilgiyə üzülmüşdü.
Şimali İrlandiya millisi ilə oyunda rəqibin heyətində Kayl Lafferti, Qaret Makauli, Kris Brant və Konor Maklaflin fərqləniblər.
Beləliklə, Şimali İrlandiya yığması bu qələbədən sonra 7 xal toplayıb və millimizə çatıb. 12 xalla qrup liderliyini davam etdirən Almaniya millisi isə səfərdə San-Marino yığmasını darmadağın edib - 0:8.
Qrupda növbəti turun oyunları gələn il martın 26-da keçiriləcək. Həmin gün millimiz Bakıda Almaniya yığması ilə qarşılaşacaq.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər