Gəncədə maşın univermağa girdi

Gəncədə avtomobil ticarət mərkəzinə çırpılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. Gəncə şəhər sakini Musa İmamquliyev idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən əvvəlcə iki piyadanı - şəhər sakinləri 14 yaşlı Ruslan Musayevi və 35 yaşlı Könül Həmzəyevanı vurub. Daha sonra avtomobil  Gəncə Mərkəzi Univermağının birinci mətbəsindəki mağazaya çırpılıb. Qəza zamanı avtomobilə və obyektə ciddi ziyan dəyib.

 

Xəsarət alan piyadalar xəstəxanaya çatdırlıb. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR