Saakaşvili Ukraynada siyasi mübarizəyə başlayır

Odessanın sabiq qubernatoru Mixeil Saakaşvili Ukraynada yeni siyasi qüvvənin yaradıldığını elan edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bununla o, Ali Radaya növbədənkənar seçkilərin keçirilməsinə, eləcə də mövcud hakimiyyətlə mübarizə aparılmasına nail olmaq istəyir.

 

Saakaşvilinin sözlərinə görə, onun tərəfindən yaradılacaq yeni blokda icra hakimiyyəti orqanlarında iki-üç ildən artıq müddətdə vəzifə tutanlar yer ala bilməyəcək. Yaranacaq qurumun prioritetlərindən danışan sabiq mer əsas məqsədlərinin özəl sektorun dəstəklənməsi olacağını bildirib.

 

Yeri gəlmişkən, bir qədər əvvəl Mixeil Saakaşvili prezident Pyotr Poroşenko administrasiyasının korrupsiyanı dəstəklədiyini bildirmişdi.

 

Xatırladaq ki, 2015-ci ilin mayından Odessanın qubernatoru vəzifəsini tutan Mixail Saakaşvili bu il noyabr ayının 7-də istefa verdiyini açıqlayıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR