"Trampetisiya": Klinton seçkilərin qalibi elan edilə bilər
İnternetdə 2 milyon amerikalı tərəfindən Seçicilər Kollegiyasını dekabrın 19-da keçiriləcək iclasda demokrat namizəd Hillari Klintonun ABŞ prezidenti elan olunmasına səsləyən petisiya yerləşdirilib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sözügedən petisiyanın yaradılmasından keçən qısa müddət ərzində onu 2 milyondan artıq istifadəçi imzalayıb.
Petisiya müəlliflərinin fikrincə, respublikaçıların namizədi Donald Tramp ABŞ prezidenti kimi mühüm bir postu tutmağa layiq deyil, buna görə də seçkinin qalibi məhz H. Klinton elan olunmalıdır.
Sənəddə qeyd olunur ki, Donald Tramp milyarder olsa da, dövlət idarəçiliyində təcrübəsinin yoxluğu onu ABŞ üçün təhlükəli şəxsə çevirir.
ABŞ-ın seçki qanunvericiliyinə görə, Seçicilər Kollegiyası səsvermənin nəticəsindən asılı olmayaraq, iki namizəddən istənilən birini qalib elan etmək hüququna malikdir.
Xatırladaq ki, ştatlarda seçkilər noyabrın 8-də keçirilib və Donald Tramp rəqibi üzərində mütləq üstünlüklə səsvermənin qalibi olub. Nəticələrin qüvvəyə minməsi üçün isə öncə Seçicilər Kollegiyası dekabrın 19-da namizədlərə münasibət bildirməli, yalnız bundan sonra 2017-ci ilin 6 yanvarında Konqres nəticələri təsdiqləməlidir.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər