Türkiyədə PKK-çılar bələdiyyə başqanını şəhid etdi

Ötən gün Türkiyədə PKK terrorçularının silahlı hücumuna məruz qalan Derik qəsəbəsinin icra nümayəndəsi ölüb.

 

APA TV-nin məlumatına görə, nümayəndəliyin binasına raket zərbəsindən sonra yaralanan Məhəmməd Fatih Safitürk digər 3 yaralı ilə birgə Qızıltəpə Dövlət Xəstəxanasına çatdırılıb.

 

Həkimlərin müdaxiləsinə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

 

35 yaşlı icra nümayəndəsi eyni zamanda dövlət tərəfindən qəsəbə bələdiyyəsinin rəhbəri vəzifəsinə də təyin olunmuşdu.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR