Qubada icra nümayəndəliyinin binası yandı
Qubada icra nümayəndəliyinin inzibati binasında yanğın hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun xəbərinə görə, yanğın rayonun Amsar kəndində ümumi sahəsi 440 kv. m olan taxta konstruksiyadan ibarət ikimərtəbəli 8 otaqlı inzibati binanın 2-ci mərtəbəsində qeydə alınıb.
Yanğın barədə qonşular Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə məlumat verib. Əraziyə Quba rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb.
Hadisə nəticəsində Amsar kənd icra nümayəndəliyinə məxsus binanın 1 otağının yanar konstruksiyaları 50 kv. m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
OXŞAR XƏBƏRLƏR
17:28
935
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
898
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
927
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2055
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2185
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2163