FETÖ-nun ordudan qovduğu 12 pilot Hərbi Hava Qüvvələrinə döndü

Türkiyədə FETÖ qurbanı olan pilotlar Hərbi Hava Qüvvələrinə dönüb. APA TV-nin türk mətbuatına istinadən xəbərinə görə, terrorçu təşkilat 2007-2015-ci illərdə öz adamlarını yerləşdirmək üçün minlərlə hərbçini tələyə salaraq həbs etdirib, yaxud ordudan istefaya məcbur edib.


15 iyul dövlət çevrilişinə cəhddən sonra şərlənərək ordudan uzaqlaşdırılan hərbçilərin orduya dönüşü üçün yol açılıb. Türkiyə Hərbi Hava Qüvvələrinə dönmək üçün müraciət edən 20 pilotdan 12-si yoxlamalardan keçərək orduya götürülüb. Hərbi pilotlara rütbələrini Hərbi Hava Qüvvələri komandanı general Abidin Ünal taxıb.
 

"Verdiyiniz bu qərar cəsur və fədakar qərardır. Buna görə sizlərə və ailənizə təşəkkür edirəm. Sizlərin təcrübəsi və bərabər fəaliyyətimiz sayəsində Hərbi Hava Qüvvələri əvvəlkindən daha güclü olacaq", - deyə general qeyd edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR