Trampın qələbəsi Klintonu dəstəkləyən sərmayəçiləri 337 milyard dollar ziyana salıb

Donald Trampın vədləri Meksika iqtisadiyyatını çökdürə bilər. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Asiya-Sakit Okean regionu ölkələri ilə əməkdaşlığa son verməyə, Çinlə ticarət müharibəsi başlamağa hazırlaşır.


Ağ Evin açarlarını gələn il yanvarın 20-də Barak Obamadan alacaq Donald Tramp ilk 100 gündə sözügedən vədlərini yerinə yetirərsə, dünyanın iqtisadi sistemi dağılıb yenidən qurulmağa başlayacaq.

Bu vədlərin başında qonşu ölkələr Meksika və Kanada ilə ticarət anlaşmalarının dəyişdirilməsi və ya ortadan qaldırılması var. Trampın seçkilərin əvvəlində Şimali Amerika Sərbəst Ticarət Anlaşmasının gözdən keçirilməsinin ardından Yaponiya və Avstraliya ilə bərabər digər 9 Sakit Okean ölkəsinin arasında imzalanmış Trans-Sakit Okean Əməkdaşlığı Anlaşmasından imtina vədi yer alır. Bundan əlavə, Tramp Pekini "valyuta manipulyatoru" elan edərək Çinlə ticarət müharibəsinə başlamaq istəyir.

Proqramın iqtisadiyyatla bağlı digər bölümlərində iki uşaqlı ailələrin yüzdə 35 vergi endirimi, orta biznesə qoyulan vergilərin isə 35 faizdən 15 faizə endirilməsi yer alıb.


Trampın 100 günlük vədləri sıralamasında Konqres nümayəndələrinin fəaliyyət müddətinə yenidən baxılması, 2 milyon miqrantın ölkəsinə göndərilməsi, lobbiçilik fəaliyyətinin məhdudlaşdırılmasından tutmuş təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsinə qədər vədlər yer alır.

Bu arada prezident seçilən Donald Trampın açıqlamaları ABŞ-ın Avropadakı müttəfiqlərinin beynində də sual işarələri yaradıb. Avropa İttifaqı rəhbəri Jan-Klod Yunker Trampın ortaq siyasət və razılaşmalara nə qədər sadiq qalacağının dəqiqləşdirilməsinin vacibliyini bildirib.

Donald Trampın sürpriz zəfəri investorlara da baha başa gəlib. Seçki yarışında Hillari Klintonun qələbəsinə köklənən sərmayədarlar bir gündə 337 milyard dollar itiriblər. 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR