Bakıda körpə doğuş zamanı öldü
Bakıda doğuş zamanı körpə ölümü baş verib. Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Rəsul Rza küçəsində yerləşən “İnternational Medical Centre”də qeydə alınıb.
Oraya doğuş üçün müraciət edən qadının doğuş zamanı körpəsi ölüb. Məlumata görə, bu, qadının ilk hamiləliyi olub.
Hadisənin baş verdiyi “İnternational Medical Centre”dən APA-ya bildirilib ki, doğuş zamanı ölən uşağın ciyərlərində problem olub. Qeyd olunub ki, ötən gün axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün klinikaya müraciət edib. Doğuş cərrahi müdaxilə olmadan təbii üsulla həyata keçirilib. Həkimlərin səyinə baxmayaraq, körpə doğuş vaxtı ölüb. İlkin ehtimala görə, ölümə körpənin ciyərinin açılmaması səbəb olub.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər