Dollar, avro və funt-sterlinq bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 10-u ilə müqayisədə artaraq 1,6869 manat təşkil edib.

 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 1,8397 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1191 manatdır. Beləliklə, funt sterlinq də artım nümayiş etdirib.

 

Rusiya rublu, Gürcüstan larisi və Türkiyə lirəsi ucuzlaşıb. Hazırda 1000 rubl 26 manat, 100 lirə 51 manat 88 qəpik, 100 lari isə 68 manat 02 qəpikdir.


Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı xarici valyutaların məzənnələrini həftə içi hər gün yeniləyir. Cümə günü axşam isə 3 günlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR