Tramp ilk dəfə Ağ Evdə: Obama onunla şəkil çəkdirmədi

ABŞ-ın hazırkı prezidenti Barak Obama və ölkənin yeni seçilmiş rəhbəri Donald Tramp arasında Ağ Evdə təşkil olunan görüş başa çatıb.

 

APA TV-nin xəbərinə görə, bu barədə CNN telekanalı məlumat yayıb.   

 

“Biz müxtəlif məsələləri müzakirə etdik, onların arasında mürəkkəb məsələlər də var idi. Mən ümidvaram ki, biz prezidentlə gələcəkdə də çalışacağıq”, - deyə Tramp bildirib. O, prezidentliyi dövründə məsləhət üçün Barak Obamaya müraciət edəcəyini bildirib.     

 

Obama, öz növbəsində, görüşün möhtəşəm keçdiyini bildirib. Onun sözlərinə görə, görüşdə daxili və xarici siyasətə dair məsələlər müzakirə olunub: “Tramp administrasiyasının fəaliyyəti uğurlu olacaqsa, bundan bütün ölkə qazanacaq.    Hakimiyyətin sakit ötürülməsi qarşıdakı iki ay ərzində mənim üçün əsas prioritet vəzifədir. Mən inanıram ki, biz bacaracağıq, birlikdə olmaq, birlikdə çalışmaq və birlikdə çətinliklərə sinə gəlmək hamımız üçün vacibdir”, - deyə Obama qeyd.  

 

Qeyd edək ki, görüşün müddəti 10-15 dəqiqəlik planlaşdırılsa da, 1,5 saat çəkib.

 

Bu arada Barak Obama ölkənin yeni seçilmiş rəhbəri Donald Trampla Ağ Evdə birgə şəkil çəkdirmə mərasimindən imtina edib.
 

ABŞ-ın hazırkı və yeni seçilmiş prezidentlərinin Ağ Evin qarşısındakı Cənub çəmənlikdə birgə şəkil çəkdirmə ənənəsi uzun tarixə malikdir.
 

Xatırladaq ki, seçkiqabağı kampaniya dövründə Obama və Tramp arasında sərt polemika baş vermişdi. Hillari Klintonu fəal dəstəkləyən B.Obama Trampın “Ağ Evə yaraşmadığını”, “lazımi təcrübəyə malik olmadığını” və  “nüvə çamadanın ona həvalə etməyin” təhlükəli olduğunu bildirmişdi.

ABŞ-ın yeni prezidentinin andiçmə mərasimi 2017-ci ilin yanvarın 20-də keçiriləcək.   

 

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR