Masallıda dini ədəbiyyat satışı ilə bağlı reyd keçirildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidməti bu gün Masallı rayonunda birgə reyd keçirib.
APA TV-nin cənub bürosunun məlumatına görə, reydin keçirilməsində məqsəd rayonun mağazalarında satışı qanuna zidd olan dini ədəbiyyatların aşkarlanması olub.
Masalı şəhərindəki iki ticarət obyektində yerləşən mağazalardan birində yoxlama zamanı satış üçün xüsusi razılığı və lisenziyası olmayan 55 nüsxə kitab, digərində 4 nüsxə kitab, 6 ədəd DVD diski aşkarlanaraq müsadirə olunub.
Hər iki mağaza sahibi barəsində qanuna müvafiq protokol tərtib olunub, müvafiq tədbir görüləcəyi bildirilib.
OXŞAR XƏBƏRLƏR
17:28
936
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
17:27
899
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
17:26
929
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
13:58
2055
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
2185
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
2163