Tramp öz xarici siyasətini necə quracaq? - SERGEY MARKOV, MEHMET ŞAHİN
Donald Trump ABŞ prezidenti seçildikdən hər kəsi maraqlandıran əsas sual budur: Hegemon dövlətin yeni qeyri-standart liderinin xarici siyasəti necə olacaq?
Artıq bir çox dünya liderləri Trampa təbrik məktubu göndəriblər. Obama dövründə münasibətləri gərgin olan Rusiya prezidenti Vladimir Putin öz məktubunda ABŞ-Rusiya əlaqələrinin böhrandan çıxacağına ümidini bildirib.
Amma Trampın qələbəsindən "şok" olanlar da az deyil. Avropa ölkələrinin bəzisi Trampın qələbəsindən məyus olublar. Almaniya müdafiə naziri Ursula Von der Leyen Donald Trumpın qalib gəlməsini "böyük şok" adlandırıb və Trampa verilən səslərin establişmentin əleyhinə verildiyini deyib. Avropa parlamentinin prezidenti Martin Şultz isə yeni rənbərliyin Avropa İttifaqı ilə münasibətlərinin çətinə salacağını bildirib.
Amma Rusiyada ekspertlər ümid edirlər ki, Tramp Putinlə və digər dünya liderləri ilə dialoqa can atacaq. Rusiyalı politoloq Sergey Markov seçki kampaniyası dövründə Rusiya ilə əlaqələri normaya salacağına dair vəd verən Trampın rəsmi Moskva ilə münasibətləri yumşaltmaq üçün danışıqlar masasına keçəcəyini düşünür.
"Birincisi, seçki kampaniyası dövründə Tramp Putinə güclü, hörmətli siyasi lider kimi yanaşdığını deyib. Tramp bunu əlbəttə ki, ona edilən təzyiqlərə görə deyib. Amma düşünürəm ki, bu, həm də onun özünün ciddi mövqeyidir. İkincisi, Tramp terrorizmlə mübarizə aparacağını və Rusiyanın Suriyada terrorizmi məhv etmək üçün cəhdlərini dəstəkləyəcəyini deyib. Bu zaman Rusiya ilə ABŞ-ın hərbi təyyarələri Suriyada terrorçuları birgə bombalaya biləcək. Üçüncüsü, ümid edirik ki, ABŞ NATO-ya maliyyə yardımını azaldacaq və artıq öz pullarını Şərqi Avropa üçün xərcləməyəcək. Ümid edirik ki, NATO Rusiyaya qarşı yürütdüyü bu aqressiv siyasəti davam etdirməyəcək".
Markov hesab edir ki, Tramp Rusiya ilə yanaşı, İsraillə də münasibətləri yaxşılaşdıracaq. Amma İrana gəldikdə, Ağ Evin yeni rəhbəri radikal bəyanatlarla çıxış edib və İranla imzalanmış nüvə anlaşmasına yenidən baxacağını vurğulayıb. Konqresdə respublikaçıların da eyni mövqedə olduğu nəzərə alınarsa, İranla münasibətlərdə gərginlik gözləmək olar.
Türkiyəli siyasi şərhçi Mehmet Şahinin sözlərinə görə, ABŞ-ın Yaxın Şəqrdəki siyasətində bəzi dəyişikliklər olacaq: "Suriya ilə siyasətdə Rusiya ilə dialoq ola bilər. Obama daha çox PYD və YPG kimi terror təşkilatları ilə işləyirdi. Türkiyə bundan çox narahat idi. Trampın son bir həftəyə olan açıqlamalarında Türkiyənin ABŞ üçün önəmli müttəfiq olduğu deyilir. Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istədiyini görürük."
Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, siyasi şərhçilər hesab edir ki, Tramp Cənubi Qafqaz və Şərqi Avropaya diqqətini azaldacaq və bu regionları Rusiyanın maraq dairəsinə verəcək.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər