Ağdamda dəhşət: ər arvadını yandırdı

Ağdamda ər arvadını yandırıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb.

 

Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Kima Zaman qızı Vəliyeva polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.

 

Ağdam Rayon Polisi İdarəsindən APA TV-yə verilən xəbərə görə, İ.Əliyev arvadı K.Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.

 

K.Vəliyevanın müəllim olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR