Vergilər Nazirliyi elektron cinayət işinin tətbiqinə başlayıb
İstintaqa nəzarətin gücləndirilməsi, cinayət işləri üzrə vahid statistik elektron uçot bazasının formalaşdırılması məqsədilə Vergilər Nazirliyi tərəfindən elektron cinayət işinin tətbiqinə başlanıb.
APA TV-nin məlumatına görə, bununla bağlı keçirilən təqdimat mərasimində Vergilər Nazirliyinin Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadə deyib.
Onun sözlərinə görə, elektron cinayət işinin tətbiqi başa çatdırılmış cinayət işləri üzrə elektron istintaq materiallarının gələcəkdə prokurorluq orqanları vasitəsilə elektron məhkəmə sisteminə qoşulmuş məhkəmə orqanlarına göndərilməsinə xidmət edir: “Cinayət Məcəlləsində dekriminallaşdırma ilə bağlı bir sıra dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, Cinayət Məcəlləsinin bəzi maddələri üzrə cinayət tərkibi yaradan dəymiş ziyanın məbləği yuxarı həddə qaldırılıb. Edilmiş bu dəyişiklik vətəndaşların hüquq və mənafelərinin müdafiəsi məqsədi daşıyır. Qanuna edilmiş dəyişiklikdən sonra cinayət tərkibi yaratmayan məbləğlər üzrə cinayət işlərinin icrasına xitam verilib. Dəyişikliyə əsasən, 300-ə yaxın cinayət işinin icrasına xitam verilib".
Vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Namiq Əliyev son illər vergi sistemində aparılan islahatlar barədə danışıb.
Vergi sistemində son illərdə elektron sahədə aparılan islahatlarla bağlı filmin nümayişindən sonra təqdimatla çıxış edən Vergilər Nazirliyinin Vergi Cinayətlərinin təhlili və vergi borclarının alınması baş idarəsinin rəisi, vergi xidməti müşaviri Zeynalabdin Məmmədzadənin sözlərinə görə, “Elektron cinayət işi” modulunun tətbiqi ilə bağlı ibtidai araşdırma zamanı qəbul oluna biləcək prosessual qərar, vəsatət və onları müşayiət edən məktubların, nazirlik daxili məktubların (sorğuların), digər qurumlara göndəriləcək məktubların (sorğuların), ümumilikdə 100-dən artıq sənədin nümunəvi formaları hazırlanıb.
Modulun tətbiqinə 2016-cı ilin noyabr ayının 21-dən başlanacağını deyən Z.Məmmədzadə məsələ ilə bağlı müstəntiq və təhqiqatçılar üçün müvafiq treninqlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər