Türkiyədə terror aktlarına görə məsul olan PKK-lı komandir öldürüldü

Suriyada terror təşkilatı PKK/PYD-nin xüsusi təyinatlılar komandiri öldürülüb. APA TV-nin məlumatına görə, xəbəri Anadolu Agentliyinin əməkdaşı yeri mənbələrdən əldə edib.

 

Ali Botan kod adlı Hacı Kurhan avtomobilinə edilən hücum nəticəsində ölüb. Suriya-Türkiyə sərhədindəki Qamışlı qəsəbəsinin Buveyer kəndində baş verən hücumu hələlik üzərinə götürən olmayıb.

 

PKK-nın Suriya qolu olan PYD-də döyüşən terrorçu Suriyaya getməzdən əvvəl Türkiyədə olub və əslən Vandakı aşirətlərdən birinə mənsubdur. Hacı Kurhan  YPG terrorçularının Türkiyəyə göndərilərək terror hadisələri törətməsində cavabdeh şəxs kimi tanınıb.

 

YPG sosial mediada "Ali Botan" adlı bir üzvünün "sui-qəsd" nəticəsində partladılan avtomobildə öldüyünü açıqlayıb. Ancaq təşkilat terrorçunun vəzifəsini bildirməyib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR