"Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda respublika konfransı keçirilib
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış" mövzusunda respublika konfransı keçirilib. APA TV-nin məlumatına görə, gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirin Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünə həsr olunduğunu bildirib.
Müstəqilliyin qorunmasında və dövlət quruculuğunda gənclərin rolundan danışan Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 1990-cı illərin gəncliyi ilə bugünün gəncliyi arasında böyük fərqin olduğunu diqqətə çatdırıb:
"1993-cü ilin avqust ayında Heydər Əliyev parlamentdə gəncliklə görüş keçirdi, gənclərin dövlət quruculuğunda rolu müzakirə edildi. Heydər Əliyev prezident seçiləndən sonra ilk addımlardan biri kimi Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər siyasəti prioritet siyasətə çevrildi".
Konfransda çıxış edən Gənclər və idman naziri Azad Rəhimov ölkəmizin müstəqillik əldə etməsindən sonra ümummilli lider Heydər Əliyevin birbaşa rəhbərliyi ilə gənclər siyasəti sahəsində bir sıra nailiyyətlər əldə olunduğunu bildirib. Nazir qeyd edib ki, son 25 il ərzində ölkənin 38 rayon və şəhərində gənclər mərkəzlərinin, idman komplekslərinin tikilərək gənclərin istifadəsinə verildiyini qeyd edib.
Azad Rəhimov ölkəmizin müstəqillik tarixində 6 dəfə yay, 5 dəfə qış olimpiya oyunlarında iştirak etdiyini, dünya miqyaslı idman yarışlarında 8560 medal qazanıldığını qeyd edərək, bunun çox böyük nailiyyət olduğunu deyib.
Azad Rəhimov 2015-ci ildə tarixdə ilk dəfə olaraq təşkil olunan I Avropa oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunaraq, yerli idmançıların bu mötəbər idman bayramında 56 medal qazandığını vurğulayıb. Nazir eyni zamanda 2017-ci ildə təşkil olunacaq IV İslam Həmrəylik Oyunlarına hazırlıqların yüksək səviyyədə getdiyini bildirib.
Konfransın yekununda müxtəlif sahələrdə uğurlar əldə etmiş gənclər mükafatlandırılıb.
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər