Dəm qazından zəhərlənməyə dair 1 ayda 28 fakt - SOS
Keçən ay 28 nəfər dəm qazından zəhərlənmə ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Onlardan 7 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. 21 nəfərini müalicəsi isə şöbədə davam etdirilib. Bu barədə APA TV-yə Mərkəzin şöbə müdiri Azər Maqsudov deyib.
Onun sözlərinə görə, noyabrın ilk 10 günlüyündə isə dəm qazı ilə bağlı artıq 14 müraciət olunub. Müraciət edənlərdən 9 nəfər xəstəxanaya qəbul olunub, digərləri isə ilkin yardım aldıqdan sonra evə buraxılıb. Zəhərlənənlər arasında 2 azyaşlı uşaq da olub. Xoşbəxtlikdən ölüm hadisəsi qeydə alınmayıb.
Azər Maqsudov dəm qazından zəhərlənmələrin sayının artacağını istisna etməyib: "Hələlik havalar isti keçir, soyuqlar düşdüksən sonra dəm qazından zəhərlənmələrin sayı yəqin ki artacaq" .
OXŞAR XƏBƏRLƏR
Prezident bu ölkələrə yeni səfirlər təyin etdi
Balakəndə dəhşət saçan qəzanın TƏFƏRRÜATLARI
Əhalinin gəlirləri artıb – Statistika Komitəsi MƏLUMAT YAYDI
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər